Bakı Dövlət Universitetində Müşfiq XANla görüş keçirildi

232 Baxış

Picture50Bakı Dövlət Universitetində detektiv yazıçı Müşfiq XANla tələbələrin görüş keçirilib.

Görüşü giriş sözü ilə “Tələbə Həmkarlar İttifaqı” Komitəsinin sədri Daşqın Qənbərov açıb. O, tədbir iştirakçılarına müəllif  haqqında geniş məlumat verib. Daha sonra söz alan Müşfiq XAN öz növbəsində universitet rəhbərliyinə təşəkkürlərini bildirib. O, “Mütaliə və detektiv janr” mövzusunda mühazirə ilə çıxış edib.

Çıxışlardan sonra yazıçı tələbələrin suallarını cavablandırıb. Tələbələr müəllifə “Sonuncu hədiyyə”, “Ümidlərin izi ilə” və “U geni” kitabları ilə bağlı suallar ünvanlayıblar. Tədbir zamanı detektiv roman janrı barəsində müzakirələr aparılıb.

Sonda Müşfiq XAN gənclər üçün kitablarını imzalayıb.

 

 

KÖŞƏ YAZARLARI
TOP 10