Bakı Fotoqrafiya Evində Emil Xəlilov ilə görüş keçiriləcək

0 Baxış

hg

 

Sentyabrın 16-da Bakı Fotoqrafiya Evində tanınmış fotoqraf, səyyah Emil Xəlilovla görüş keçiriləcək.

Senet.az xəbər verir ki, saat 19:00-da başlayacaq görüşdə yalnız qeydiyyatdan keçən 15 nəfər iştirak edə bilər. Həmçinin görüş “Zoom” proqramı vasitəsi ilə canlı yayımlanacaq.

Fotoqrafın yaradıcılıq səfərlərinin coğrafiyası çox genişdir – ucqar dağ kəndimiz Xınalıqdan tutmuş Katmanduya (Nepal) qədər müxtəlif əraziləri əhatə edir.

İştirak etmək istəyənlər tədbirin www.bakustreetphoto.az saytındakı səhifəsində qeydiyyatdan keçə bilərlər.

Bölmə : Sənət xəbər