Bakı Uşaq Teatrında “Vətən” tamaşası nümayiş olunub

4 Baxış

vətən tamaşası2Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Bakı Uşaq Teatrında “Vətən” tamaşası nümayiş olunub

Mədəniyyət və Turizm nazirliyinin saytında yerləşdirilən məlumata görə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Bakı Uşaq Teatrında Qanlı Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar olaraq dövlət himnimizə və bayrağımıza həsr edilmiş “Vətən” tamaşası nümayiş olundu.

İdeyası və quruluşu İntiqam Soltana və Ayşad Məmmədova məxsus olan tamaşada Üzeyir Hacıbəylinin bəstələrindən istifadə edilib. Azərbaycanın keçdiyi keşməkeşli tarixi yol, Bayrağımızın yaranması tamaşada əksini tapıb.

Teatrın aktyorları Niyaz Qasımov, Rauf Hüseynli, Cavanşir Məhərrəmov səhnədə bayrağımızın rənglərini canlandırıblar.