Bakıda “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı ödənişsiz treninqlər

9 Baxış

15130757933299428100_1000x669

Dekabrın 19-dan 22-dək Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı ödənişsiz treninq keçirəcək.

Mərkəzdən Senet.az-a bildirilib ki, treninq xəttatlıq sənəti üzrə 30 illik təcrübəyə malik məşhur Misir xəttatı Mustafa Məhəmməd Amri tərəfindən keçiriləcək.

Treninqdə ərəb dili müəllimləri və ərəb dilini yaxşı səviyyədə bilən və bu dildə yaxşı yazmağı bacaran şəxslər iştirak edə bilərlər.

İştirak etmək istəyənlər 012 561 12 17 nömrəli telefonla əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər. Treninqin sonunda iştirakçılar mütəxəssis tərəfindən imtahan olunaraq Misirin Ali Təhsil Nazirliyinin sertifikatı ilə mükafatlandırılacaqlar.

KÖŞƏ YAZARLARI
TOP 10