Bakıda amerikalı rəssamın əsərləri sərgilənəcək

7 Baxış

1518434140164382266_1000x669 (2)

Fevralın 22-də “Art Villa” qalereyasında amerikalı rəssam Ceykob Martinin “Fırça toxunuşları” adlı fərdi rəsm sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə Senet.az-a təşkilatın rəhbəri Dadaş Məmmədov məlumat verib.

Onun sözlərinə görə, sərgidə rəssamın Azərbaycanda yaşadığı müddətdə yaratdığı əsərlər nümayiş olunacaq.

Qeyd edək ki, Ceykob Marti çoxsaylı beynəlxalq sərgilərlə yanaşı, vorshop və festivallarda iştirak edib.

KÖŞƏ YAZARLARI
TOP 10