Bakıda Avropa Günü

6 Baxış

15257133875530517199_1000x669

Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Avropa Gününə həsr edilən bayram konserti olub.

Senet.az xəbər verir ki, tədbirin əvvəlində Opera studiyasının uşaq xorunun ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Konsertdən əvvəl çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bütün avropalıları bayram münasibətilə təbrik edib, Avropa ölkələrinə sülh və tərəqqi arzulayıb. O, qeyd edib ki, Azərbaycan ilə Avropa ölkələri arasında siyasi, iqtisadi və mədəni sahələrdə sıx əməkdaşlıq mövcuddur. M.Məmmədquliyev bu əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Sonra Əməkdar Artist Fuad İbrahimovun dirijorluğu ilə “Baku Chamber Orchestra”nın ifasında V.Motsart, A.Vivaldi, Q.Qarayev, F.Bədəlbəyli və digər bəstəkarların əsərləri səsləndirilib.

Orkestrin ifası böyük maraqla qarşılanıb.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10