Bakıda Avropa Tolerantlıq Festivalı

6 Baxış

1502452011469561710_1000x669

Oktyabrın 12-də Bakıda Avropa Tolerantlıq Festivalı keçiriləcək. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə reallaşacaq festival oktyabrın 20-dək davam edəcək.

Bu barədə Senet.az-a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, festival çərçivəsində tanınmış mədəniyyət və incəsənət xadimlərinin çıxışı, debatlar, müzakirələr, həmçinin Avropa tolerantlığı barədə 15 sənədli filmin nümayişi və bir sıra fotosərginin təşkili nəzərdə tutulur.

Festival Avropa İttifaqının əsasını qoyan Roma Sazişinin imzalanmasının 60 illiyi münasibətlə təşkil olunacaq.

KÖŞƏ YAZARLARI
TOP 10