Bakıda beynəlxalq caz festivalı keçiriləcək

36 Baxış

salmanqemberov

Oktyabrın sonu noyabrın əvvəllərində Bakıda beynəlxalq caz festivalı keçiriləcək. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının simfonik estrada orkestri festivalda möhtəşəm musiqi proqramı ilə çıxış edəcək. Musiqi kollektivi indidən hazırlıq məşqlərinə başlayıb.

Festivalda Azərbaycan və xarici bəstəkarların musiqi əsərləri yeni təqdimatda səsləndiriləcək.

Beynəlxalq musiqi layihəsi çərçivəsində keçiriləcək festivalda Almaniya, Ukrayna və Gürcüstandan dəvət edilmiş zərb alətləri, saksofon və kontrabas ifaçıları ilə birlikdə Salman Qəmbərov da pianinoda çıxış edəcək. Əməkdar incəsənət xadiminin təqdim edəcəyi musiqi nömrəsi Gürcüstan səssiz filmi- “Mənim nənəm”ə improvizədir.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10