Bakıda beynəlxalq teatr konfransı

7 Baxış

teatr

Bakı növbəti beynəlxalq teatr konfransına ev sahibliyi edəcək

6-10 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası çərçivəsində təşkil ediləcək. Dünən Azərbaycan Musiqili Teatrında beynəlxalq konfransa hazırlıqla bağlı toplantı keçirildi. Tədbirdə çıxış edənlər beynəlxalq teatr konfransının keçirilməsinin əhəmiyyətinə toxundular.

Senet.az saytının Mədəniyyət və Turizm nazirliyindən əldə etdiyi məlumata əsasən konfransın əsas mövzusu “Multikulturalizm və teatr” olacaq. Həmçinin konfrans çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ustad dərsləri və treninqlər də keçiriləcəkdir. Konfransın keçirilməsinin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən aparıcı nəzəriyyəçilər, alimlər, rejissorlar və prodüserlərə müasir teatrın imkanlarını və qarşılaşdığı problemləri müzakirə etmək üçün platforma yaratmaqdır.

 

Bölmə : Teatr