Bakıda Britaniya Film Mövsümü keçiriləcək

5 Baxış

british_film_030415_1428076740
Aprelin 8-dən 12-dək  Azərbaycan Britaniya Film Mövsümünü keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə festival  Böyük Britaniya səfirliyinin təşkilatçılığı ilə 28 Cinemada baş tutacaq.
Festival zamanı bütün filmlər ingilis dilində səslənəcək və Böyük Britaniya istehsalı olan filmlər, o cümlədən Mr Turner, The İmitation Game, Pride, Hitchcockun The Ring, The Story of Children and Film, Paddington və (Bakıda premyerası olan) Shaun the Sheep filmləri nümayiş olunacaq.

Qeyd edək ki, bu il British Council və UNICEF Britaniya Film Mövsümü çərçivəsində Azərbaycanda OneminutesJR adlı təlim sessiyası təşkil edib. Bu tədbir beynəlxalq layihənin bir hissəsi olub gənclər və uşaqların sosial müdafiəsi sahəsində peşəkar qısa filmlərin hazırlanması və çəkilişini öyrənmək imkanı verir. Seminarın mövzusu “İmkanlar Məhdudiyyətsizdir” olub. Görmə və eşitmə qüsurlu gənclər və müxtəlif çətinlikləri olan ailələrin uşaqları bu layihə sayəsində səslərini geniş auditoriyaya eşitdirə biliblər. British Council-ın facebook səhifəsində ən çox bəyənilən 3 filmin müəllifi qalib seçilib və filmlər Britaniya Film Mövsümü zamanı hər filmdən əvvəl nümayiş etdiriləcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10