Bakıda fotoqrafların əsərləri sərgilənəcək

6 Baxış

14950865181853259567_1000x669

Mayın 30-də “Arts Council Azerbaijan” təşkilatı gənc və həvəskar rəssamların tanıdılması üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Gənclər Şəbəkəsi ilə birgə “Xatirələr” adlı fotosərgi təşkil edəcək.

Senet.az xəbər verir ki, “Art Villa” qalereyasında açılacaq sərginin kuratoru Nurziya Xəlilova və Natalya Yarkovayadır.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif üslubda və texnikada işlənən sənət əsərləri – rəngkarlıq, qobelen, heykəltəraşlıq nümunələri təqdim olunacaq. Sərgiyə qatılmaq istəyənlər öz əsərlərini mayın 20-dək gs@artscouncil.az elektron ünvana göndərə bilərlər.

KÖŞƏ YAZARLARI
TOP 10