Bakıda “Futurismo Ora” sərgisi açılıb

6 Baxış

Futurismo Ora“Centro İtaliano Baku” sərgi salonunda “Futurismo Ora” sərgisinin açılışı olub. Sərgi İtaliyanın Bakıdakı səfirliyi, Azərbaycan-İtaliya Assosiasiyası və “Centro İtaliano Baku” tərəfindən təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirin mədəni işlər üzrə idarəçilərindən olan Paola Casagrande tədbir iştirakçılarını salamlayaraq, bu əməkdaşlıqdan məmnun olduğunu bildirib. O, tədbirin əsas məqsədinin İtaliya mədəniyyətini təşviq etmək, mühüm İtaliya incəsənət cərəyanı olan “Futurizm” haqqında maarifləndirici iş aparmaq, digər tərəfdən isə “Grand Prix Baku-2016” haqqında məlumat vermək olduğunu söyləyib.

Bildirilib ki, sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və bir sıra digər universitetlərdə təhsil alan 100-dən artıq istedadlı gəncin gələcəyə dair şəxsi baxışlarını əks etdirən əsərləri nümayiş olunur. Sərgi incəsənətin bütün sahələrini, o cümlədən rəssamlıq, heykəltəraşlıq, musiqi, memarlıq, teatr, kino və qastronomik sahələri əhatə edib. Əsərlər sentyabrda beynəlxalq münsiflər heyəti tərəfindən mükafatlandırılacaq.

Vurğulanıb ki, bu layihə XX əsrin əvvəllərində İtaliya və bir sıra digər ölkələri xarakterizə edən və bu ölkələrə təsir edən önəmli incəsənət hərəkatı olan futurizmə əsaslanan çoxistiqamətli layihədir.

Tədbirdə “Lamborghini” simfonik orkestrinin ifasında avanqard və fantastik üslubda musiqi nömrələri səsləndirilib.

“Centro İtaliano Baku” sərgisi sentyabradək davam edəcək.