Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə fevralın 3-də “Baku Book Center”də Gənclər Gününə həsr olunmuş gənc rəssamların “Axın” adlı qrup sərgisi açılıb.
Senet.az AzerTac-a istinadən xəbər veririk, sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etmək məqsədi ilə təşkil olunub.
Sərgidə 30-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunub.
Tədbirin sonunda rəssamlar diplomla təltif ediliblər.