Bakıda ilk dəfə – “Afina axşamları”

40 Baxış

afinaaxsamlari2016-cı il yanvarın 17-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Afina axşamları” tamaşasının premyerası olacaq.

Senet.az xəbər verir ki, Pyotr Qladilinin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq Artisti Aleksandr Şarovskidir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam Olqa Abbasovadır. Tamaşanın musiqi tərtibatı Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverovundur.

Rolları Xalq Artisti Səfa Mirzəhəsənov, Əməkdar artistlər Yevgeniya Nevmerjitskaya, Natalya Şarovskaya, aktyorlar Natəvan Hacıyeva və Oleq Əmirbəyov oynayacaqlar.

Bölmə : Sənət xəbər