Bakıda İran Kinosu Günləri keçiriləcək

9 Baxış

iran kinosu14-17 may 2016-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində İran Kinosu Günləri keçiriləcək.

Azərbaycan və İran arasındakı mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını zəngin keçmişə malik İran kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan Kino Günləri çərçivəsində açılış günü, 14 may saat 18:00-da “143-cü çuxur”, 15 may saat 19:00-da “Bir dişləm qənd”, 16 may saat 19:00-da “Bu gün”, 17 may saat 19:00-da isə “Nəqqaşlıq hovuzu” bədii filmləri tamaşaçılara təqdim olunacaq.

Nümayişlərə giriş sərbəstdir.