Bakıda İtaliya opera günləri təşkil ediləcək

8 Baxış

1523968410415664670_1000x669

İtaliyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Bakıda İtaliya opera günləri təşkil ediləcək. Opera günləri çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində beş müxtəlif tədbir təşkil olunacaq.

İtaliyanın Azərbaycandakı səfirliyindən Senet.az-a bildirilib ki, opera günləri aparıcı müasir rəqs qruplarının çıxışı ilə başlayacaq. Sonra İtaliya və Azərbaycanın opera ifaçılarının birgə çıxışı ilə davam edəcək.

Özünün unikallığına görə həddindən artıq bəyənilən “Spellbound Contemporary Ballet” özünün 24 illik karyerası ərzində ilk dəfə aprelin 21-də Bakıda nümayiş olunacaq. “The evening with spellbound” şousu özündə müxtəlif yaradıcılıq fəaliyyətlərini, duetləri, xor ifaları birləşdirir. Klassik balet ilə müasir rəqsin kəsişməsində yerləşən “Spellbound” mütəmadi olaraq, Venesiya Venice Biennale Festivalı daxil olmaqla bir çox yerli və beynəlxalq festivallarda iştirak edir.

Mayın 3-də İtaliyada öz dövrünün ən perspektivli dirijoru Jacopo Sipari di Pescasseroli ölməz Puccininin şah əsəri olan “Madam Butterfly” Çio-Çio-San-ın baş rolunu ifa edəcək soprana Silvana Frolinin müşayiəti ilə birlikdə səsləndirəcək.

“Madama” ilə tədbirə başlamamışdan öncə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının foyesində “Cara İtalia, Alfin di miro” adlı sərgi nümayiş olunacaq. Sərgi mayın 3-dən 20-dək ictimaiyyətə açıq olacaq.

Mayın 4-də italiyalı orqan ifaçısı Maurizio Saverna möhtəşəm Savior Kilsəsində orqan konserti ilə çıxış edəcək. Rossininin yaradıcılığı mayın 6-da “Barber of Seville” tamaşası ilə də qeyd ediləcək.

Opera günləri Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrin möhkəmlənməsi, eyni zamanda, azərbaycanlı ifaçıların italiyalı dirijor və solistlərlə əməkdaşlığı baxımından çox əhəmiyyətlidir.