Bakıda klassik yapon musiqisi

7 Baxış

15358545245051514379_1000x669 (1)

Sentyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın klassik musiqi ifaçısı Yosuke İrie şakuhaçi musiqi alətində ifalar səsləndirəcək.

Mərkəzdən Senet.az-a bildirilib ki, milli yapon musiqilərindən ibarət gözəl konsert proqramında hər kəsin iştirak etmək imkanı var. Şakuhaçi bambukdan hazırlanmış nəfəsli musiqi alətidir və Yaponiyada qədim dövrlərdən bəri ifa edilir.

Konsertə giriş sərbəst və pulsuzdur.