Bakıda möhtəşəm kitab bayramı – Oxu Günü keçirildi

54 Baxış

IMG_9714

Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında Oxu Günü keçirildi.

Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Tədbirdə Təhsil naziri Ceyhun, nazir müavini Firudin Qurbanov və bir sıra ictimai-siyasi xadimlər iştirak ediblər.

Oxu Günündə onlarla ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri çıxış edib. Tədbirdə məktəblilərin ifasında bədii əsərlər əsasında hazırlanmış səhnəciklər, musiqi kompozisiyaları, rəsm əsərləri təqdim edilib.

Bununla yanaşı şagirdlər hazırladıqları fləşmobu tədbir iştirakçılarına göstəriblər.

Oxu Günündə bir sıra nəşriyyatlar da çıxış edib. Xan və Hədəf Nəşrləri Oxu Gününə özəl olaraq tədbir iştirakçılarına 3000 kitab hədiyyə edib.

Qeyd edək ki, Oxu Gününün ideya müəllifi f.ü.f.d., dos. Şəmil Sadiqdir.

 

Bölmə : Bölməsiz