Bakıda Nəsimi Festivalı

9 Baxış

w_1515697843813034312163_1000x669

Sentyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “Səmimi dialoqlar” adlı beynəlxalq musiqi layihəsi təqdim olunub.

Senet.az xəbər verir ki, konsertdə tanınmış azərbaycanlı cazmen, Əməkdar artist Salman Qəmbərov, serpent (qədim nəfəs musiqi aləti) ifaçısı Mişel Qodar (Fransa), alman müğənni Marqrit Buhberger (barokko üslubunda repertuar) və şen (dodaqla ifa edilən orqan aləti) ifaçısı Vu Vey (Çin) çıxış ediblər.

Konsert tamaşaçılara xoş anlar yaşadıb.

Qeyd edək ki, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci dəfədir keçirilir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10