Bakıda “Novruz sevincləri” adlı bayram şənlikləri

21 Baxış

14882743345388737875_1000x669

Martın 18-19-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Novruz sevincləri” adlı bayram şənlikləri keçiriləcək.

Baş İdarədən Senet.az-a bildirilib ki, şənlikdə Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və nağıl qəhrəmanlarının iştirakı ilə tamaşa nümayiş etdiriləcək. Həmçinin uşaqları müxtəlif oyunlar, viktorinalar, digər sürpriz və hədiyyələr gözləyir.

Tanınmış müğənnilərin çıxışları və rəqslər bayram şənliyinə xüsusi rəng qatacaq.

KÖŞƏ YAZARLARI
TOP 10