Bakıda “Puşkiniana” layihəsinə yekun vurulub

1 Baxış

hg

Bu ilin yanvar-may aylarında “Rossotrudniçestvo”nun Azərbaycan Respublikasındakı nümayəndəliyi, Azərbaycanın Rus İcması və Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası “Puşkin və Nizami planetar əhəmiyyətli böyük yaradıcılardır” mövzusunda “Puşkiniana” layihəsini həyata keçiriblər. Layihədə Azərbaycan Respublikasının rus dilində tədris aparılan məktəblərinin şagirdləri iştirak ediblər. Olimpiada Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, iyunun 18-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) “Puşkiniana”ya yekun vurulub.

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov görkəmli qələm ustası A.S.Puşkinin irsinin qorunması və təbliğində layihənin əhəmiyyətindən danışıb. O, qalibləri və onların müəllimlərini parlaq nəticə münasibətilə təbrik edib, pandemiya məhdudiyyətlərinə baxmayaraq, ən yüksək səviyyədə keçirilən “Puşkiniana”nın təşkilinə yardım edən hər kəsə minnətdarlığını bildirib.

Sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Tədbir bədii proqramla davam edib.

Bölmə : Sənət xəbər