Bakıda rəssamlara dəstək yarmarkası təşkil olunacaq

2 Baxış

hg

 

Mədəniyyət Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 23-29 may tarixlərində “AXIN” qrupunun rəssamlara dəstək yarmarkası təşkil olunacaq.

Dövlət Rəsm Qalereyasından Senet.az-a bildirilib ki, yarmarka zamanı qalereyanın “AXIN” qrupunun rəssamlarının kiçik ölçülü rəngkarlıq, heykəltəraşlıq və “dts” nümunələrinin satışı ilə yanaşı, müxtəlif əyləncəli və öyrədici təsviri sənət mövzulu aksiyalar da (canlı naturadan karikatura və portret çəkilişi, ebru sənəti üzrə ustad dərslər, müxtəlif vorkşoplar və.s) keçiriləcək.

Satış-yarmarkası rəssamlara dəstək məqsədilə saat 17:00-dan 20:00-a kimi Koroğlu metro stansiyasının yaxınlığında yerləşən “Bravo” hipermarketdə reallaşacaq.

Bölmə : Sənət xəbər