Bakıda “Sən də oxu!” mövzusunda xeyriyyə aksiyası keçiriləcək

14 Baxış

15060838325374745144_1000x669

Sentyabrın 28-30-da V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun “Global Shapers” İcmasının dəstəyi ilə “Sən də oxu!” adlı kitab xeyriyyə aksiyası keçiriləcək.

Senet.az Beynəlxalq Kitab Sərgi-Yarmarkasının saytına istinadla xəbər verir ki, sərgi boyunca saat 10:00-dan 18:00-dək ziyarətçilərin bağışladığı kitablar (bədii ədəbiyyat, uşaq ədəbiyyatı, elmi ədəbiyyat, jurnallar, nəşrlər) toplanacaq.

Sərgi başa çatdıqdan sonra toplanmış kitabların bir hissəsi Cocuq Mərcanlı kəndinin yenidən qurulacaq kitabxanasına, digər hissəsi isə paytaxt və regionlarımızın kəndlərində yaşayan, kitabları, mütaliəni sevən aztəminatlı uşaqlara və gənclərə hədiyyə ediləcək.

“Sən də oxu!” şüarı ilə keçirilən aksiyada məqsəd oxuduğumuz kitabları başqa kitabsevərlərlə paylaşmaq, elmə, təhsilə, mütaliəyə marağı daha da artırmaqdır.

Aksiya çərçivəsində toplanmış kitabların müvafiq ünvanlara çatdırılması ilə bağlı məlumatlar vaxtaşırı NAYORA-nın rəsmi veb-səhifəsində (www.nayora.az) və “Facebook” sosial şəbəkəsində paylaşılacaq.

KÖŞƏ YAZARLARI
TOP 10