Bakıda “Şəhər və teatr” mövzusunda konfrans keçiriləcək

8 Baxış

teatrMartın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Şəhər və teatr” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi şəhər və teatr əlaqələrini təhlil etmək, bu mövzunun tarixi ənənəsini araşdırmaq, şəhərin infrastrukturunda teatrın tutduğu yeri və daşıdığı funksiyaları araşdırmaq, mövzunun kulturoloji, fəlsəfi və sosial aspektlərini şərh etməkdir. Konfrans, həmçinin müasir Azərbaycan teatr düşüncəsinin gələcək inkişaf istiqamətləri ilə fikir mübadiləsi məqsədi daşıyır.

Arzu edənlər konfransa məruzəçi və ya iştirakçı (çıxışçı) qismində qatıla bilərlər.

İştirakla bağlı məlumat və məruzənin tezisləri fevralın 15-dək cityandtheatre@gmail.com elektron ünvanına göndərilməlidir. Konfrans haqqında elanla və digər məsələlərlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin www.admiu.edu.az saytında tanış olmaq mümkündür.