Bakıda “Sabahın xeyir, 100 dollar!” tamaşası

6 Baxış

14882075492030656953_1000x669

Martın 24-də Gürcüstanın “Antoneli Teatrı”nın kollektivi Bakıda ilk dəfə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “Sabahın xeyir, 100 dollar” lirik komediyasını nümayiş etdirəcək. İnqa Qaruçava və Pyotr Xotyanovskinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Keti Dolidzedir.

Tamaşada Nana Paçuaşvili (xəstə milyonçu qarı), Nineli Çankvetadze (xəstəyə baxan Eliko), Nuqzar Ruxadze (masajçı Ted), Ramaz İoseliani (skripkaçı, gürcüstanlı yəhudi Ben) iştirak edəcəklər.

Tamaşanın məzmunu haqqında bunu demək olar ki, Eliko sonra müstəqil yaşamaq qabiliyyətini itirmiş qarının xidmətində durur. Ben və Tedin də bu evdə öz funksiyaları var. Onların əvvəl öz həyatı olub, lakin milyonçu xanımın evinə gələndən sonra gələcək həyatlarını necə qurmaq barədə düşünməyə başlayıblar. Həyatda tənhalıq hissi onlara bir-birini tapmaqda və başa düşməkdə kömək edir. Gürcü dilində oynanılacaq tamaşa titrlər vasitəsilə rus dilinə tərcümə ediləcək.

Biletləri teatrın və şəhərin mərkəzləşdirilmiş kassasından alma olar.

KÖŞƏ YAZARLARI
TOP 10