Bakıda Şopenin xatirəsi anılacaq

9 Baxış

shopen

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dahi polşa bəstəkarı, pianoçu Frederik Şopenin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.

Klassik Musiqisevənlər Klubunun auditoriyası üçün hazırlanmış gecədə bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə yanaşı slayd-şou nümayiş etdiriləcək.

Şopen yaradıcılığını və musiqisini sevənlər ekranda onun uşaqlıq, gənclik, yaradıcılıq fəaliyyətini, XIX əsrin I yarısında Fransanın tanınmış yaradıcı xadimləri ilə əlaqələrindən maraqlı faktlarla tanış olacaqlar.

Tədbir 3 iyun 2015-ci il tarixində saat 18:00-da muzeyin filialı olan Niyazinin mənzil- muzeyində (Bül-bül prospekti 21, mənzil 24) keçiriləcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10