Bakıda Türk filmləri həftəsinin açılışı olub

4 Baxış

Noyabrın 22-də Bakıda Türk filmləri həftəsinin açılışı olub.

Senet.az saytı APA-a istinadən xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən Türk filmləri həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin baş kino şöbəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşır.

Tədbirdə çıxış etmiş rejissor Öner Kılıç Türk filmləri həftəsi barədə məlumat verərək,  film həftəsində azərbaycanlı tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış  bədii və sənədli filmlər təqdim olunacaq.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov təqdim olunacaq ekran əsərlərinin türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha izləyicilərə çatdıracağını deyib.  

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral  iki qardaş xalq arasında əsrlər boyu davam edən sarsılmaz dostluq münasibətlərindən danışıb.  

Səfir həmçinin türk kinosunun keçdiyi tarixi inkişaf yolundan söz açıb.

“Bir müddət əvvəl Türkiyə çox çətin günlər yaşadı. Bu günlərdə Azərbaycan xalqı bizim yanımızda oldu, bizimlə oldu”, – deyə Erkan Özoral vurğulayıb.

Tədbirdə Türk filmləri həftəsinin gələn ay Astanada da təşkil ediləcəyi bildirilib.

Sonra “Kalandar soğuğu” filmi nümayiş olunub. Film 2017-ci ildə Türkiyəni “Oskar” mükafatında təmsil edəcək.

Bölmə : Redaktorun seçimi