Bakıda türkiyəli alimə “Türk Dünyasına xidmət” mükafatı verildi

28 Baxış

senete

22-24 noyabr 2018-ci il tarixində Bakı Avrasiya Universiteti, Hacəttəpə Universiteti və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə müstəqilliyin 100-cü ildönümündə “Azərbaycan-Türkiyə Dil və Mədəni Əlaqələri” adlı Beynəlxalq Simpoziumu keçirilib.

Senet.az xəbər verir ki, simpoziumda bir sıra dövlət və hökumət nümayəndələri, millət vəkilləri, elm adamları, o cümlədən, Türkiyənin bir neçə universitetlərindən və təhsil qurumlarından professor-müəllim heyəti, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri də iştirak ediblər.

Simpoziumda türk dünyasına xidmətlərinə və türkologiya elmindəki səmərəli elmi fəaliyyətlərinə, həmçinin çağdaş türk dilləri və ədəbiyyatları, dil siyasəti və planlaşdırılması, qədim türk dili və oğuz qrupu türk dilləri sahəsində apardığı tədqiqatlarına görə, görkəmli dilçi alim, professor Bilgəhan Atsız Gökdağ “Türk Dünyasına Xidmət” mükafatına və BAU-nın fəxri diplomuna layiq görülüb.

Simpoziumda həmçinin Türkiyənin bir neçə görkəmli alimi, professorlar Cengiz Alyılmaz, Osman Karatay və “Yeni Türkiyə Strateji Araşdırma Mərkəzi”nin qurucusu mərhum Həsən Cəlal Gözəl Bakı Avrasiya Universitetinin fəxri mükafatlarına layiq görülüb.

Bölmə : Konfrans
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10