Bakıda Türkiyəli yazıçının imza günü keçiriləcək

16 Baxış

Terzioğlu Tomris xan
Aprelin 23-ü, saat 12:00-da Zorge parkında təşkil olunacaq Oxu Günündə Türkiyəli yazıçı, tarixi romanlar müəllifi Ahmet Haldun Terzioğlunun imza günü və “XAN” nəşriyyatında yeni çap edilmiş “Tomris Xan” romanının təqdimatı keçiriləcək.

Qeyd edək ki, müəllif daha çox özünün tarixi-siyasi roman və araşdırma əsərləri olan “Göy Tanrının övladları”, “Oğuz Xan”, “Bizi tufan vurdu”, “Alp Ər Tunqa”, “Güllərin solduğu gün”, “Çiçi Xan”, “Komando”, “Nazir bəyi vurdular”, “Mete Xan”, “Hərəm ağası”, “Çingiz Xan”, “Kür Şad”, “Ağsaçlılar məclisi”, “Alparslan”, “Darağacında bir bozqurd”, “Provokator”,  “Göytürklər”, “Sevda üzərinə məmləkət hekayələri” və başqa kitabları ilə tanınır.

Ahmet Haldun Terzioğlu həmçinin tanınmış filimlərin senari müəllifi olaraq Türk tarixinin araşdırmalarında, teatr, hekayə sahəsində də bir çox uğurlar əldə etmişdir.