Bakıda VI Avropa filmləri festivalı keçiriləcək

68 Baxış

avropaOktyabrın 29-dan noyabrın 6-dək Bakıda VI Avropa filmləri festivalı keçiriləcək. 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Aİ ölkələrinin Azərbaycanda akkreditasiyadan keçən səfirliklərinin təşkilatçılığı ilə keçiriləcək tədbir zamanı Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan məşhur rejissorların filmləri nümayiş olunacaq.

Noyabr ayının 5-də festival çərçivəsində tamaşaçılara həmçinin Azərbaycan istehsalı olan “Qatil” psixoloji dramı təqdim olunacaq.

Festival çərçivəsində nümayiş olunan filmlərə giriş pulsuzdur.

 

 

poster

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10