Bakıda VIII Beynəlxalq Atatürk Konqresi keçiriləcək

55 Baxış

atatukOktyabrın 13-dən 15-dək Gəncə şəhərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşəbbüsü ilə dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk Konqresi keçiriləcək. Türkiyənin Atatürk Araşdırma Mərkəzi ilə birgə təşkil olunan bu beynəlxalq tədbir Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin ildönümlərinə həsr edilir.

Dörd ildən bir keçirilən, dünyanın müxtəlif ölkələrindən gələn alimlərin iştirak etdiyi bu nüfuzlu konqresin mövzusu Atatürk və türk mədəniyyət coğrafiyasında Qafqaz və onun ətrafına həsr edilir. VIII Beynəlxalq Atatürk Konqresi keçmişdən günümüzə Qafqaz və ətrafında, xüsusilə də Azərbaycanda mədəni, siyasi, iqtisadi inkişafın elmi əsaslarla araşdırılmasını nəzərdə tutur.

Konqresin rəyasət heyəti və təşkilat komitəsində AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri Derya Örs və digər nüfuzlu alimlər təmsil olunurlar.

Bu nüfuzlu konqresin keçirilməsinə hazırlıq işləri ilə əlaqədar təşkilatçılar tərəfindən bir sıra görüşlər keçirilir, müzakirələr aparılır.

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10