Bakıda “Visla” kino festivalı

14 Baxış

1

Bakıda “Visla”- polyak filmlərinin xülasəsi adlı festival keçiriləcək.

Polşanın Azərbaycandakı səfirliyindən Senet.az saytına verilən məlumata görə, festival oktyabrın 13-də başlayacaq və 19-dək davam edəcək.

Məlumata görə, tədbir çərçivəsində 6 polyak filmi nümayiş olunacaq. Bunlar “Mənim qızlarım danadır”, “Qəddarlıq anatomiyası”, “Həyatın kralı”, “Kimya”, “Yad səma” və “Troya atının çəkisi”dir.

Filmlər “The Ladnmark Cinema”da hər gün saat 19.00-da nümayiş etdiriləcək (oktyabrın 17-si istisna olmaqla).

Giriş pulsuz və sərbəstdir.

Qeyd edək ki, “Visla” festivalı Azərbaycanda ilk dəfə keçirilir.

Bölmə : Kino, Sənət