Bakıda yapon filmləri festivalı

12 Baxış

14852622926023212337_1000x669

Yanvarın 27-də Bakıda Yaponiya filmləri festivalı təşkil olunacaq.

Yaponiyanın ölkəmizdəki səfirliyindən Senet.az-a bildirilib ki, “Ləndmark” biznes-mərkəzində gerçəkləşəcək festival yanvarın 29-dək davam edəcək. Festival çərçivəsində 5 yapon filmi – “Məktub”, “Pekorosun anası ilə görüş”, “Kaitan şəhərinin əhvalatları”, “Sən yaxşı uşaqsan” və “Çevrəmizdəkilər” adlı ekran əsərləri təqdim olunacaq. Filmlər hər gün 3 seans olmaqla nümayiş ediləcək.

Yapon dilində səslənəcək filmləri kinosevərlər Azərbaycan dilində subtitrlər vasitəsilə izləyə biləcəklər.

Yaponiya filmləri festivalı ilə bağlı ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: http://www.az.emb-japan.go.jp/itpr_ja/00_000201.html.

KÖŞƏ YAZARLARI
TOP 10