“Baku Fashion Club”un təqdimatı keçiriləcək

5 Baxış

149811134889357357_1000x669

“Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi ilə iyunun 29-da “Baku Fashion Club” (BFC) təşkilatının təqdimat mərasimi keçiriləcək.

Senet.az xəbər verir ki, Azərbaycanın moda sahəsinin nümayəndələri arasında geyim və aksesuar dizaynerləri, fəşn-bloggerlər, populyar modellər, jurnalistlər, moda butiklərinin və şou-rumların nümayəndələri, bayerlər, stilist-imicmeykerlər və s. olacaqlar. Müntəzəm müştərək görüşlər keçiriləcək, burada klubun iştirakçıları dostluq şəraitində sərbəst tanış ola, ünsiyyət qura, təcrübə və fikir mübadiləsi apara, maraqlandıqları məsələləri müzakirə edə biləcəklər.

Qeyd edək ki, “Baku Fashion Club”unun təşkilatı olan “BFC” – FMS Modelsin prezidenti və “Baku Fashion Night” moda layihəsinin təşkilatçısı Lyubov Qutorova-Poyraza məxsusdur.

KÖŞƏ YAZARLARI
TOP 10