“Balet, ömrüm mənim” filminin təqdimatı olub

3 Baxış

14810370823045847246_1000x669

“Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Dublyaj” kinostudiyası tərəfindən çəkilən “Balet, ömrüm mənim” sənədli filminin təqdimat mərasimi keçirilib.

Senet.az-ın Kino Mərkəzin mətbuat mərkəzindən aldığı məlumata görə, film Azərbaycan baletinin tanınmış ustaları, xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun həyat və yaradıcılığına həsr olunub.

 Filmdə Azərbaycanın və Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən Yuri Qriqoroviç, Vladimir Vasilyev, Mixail Lavrovski, Vyaçeslav Qordeyev, xalq rəssamı Tahir Salahov, xalq artisti Fidan Qasımova, xalq yazıçısı Anar və başqaları Rəfiqə Axundova və Maqsud Məmmədov haqqında xatirə və fikirlərini bölüşürlər.

 Sənədli filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi Rəhilə Abbasovadır.

Bölmə : Kino, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10