“Bapbalaca” kitab kafesinin açılış mərasimi keçirildi

58 Baxış

IMG_2042

Bakıda növbəti kitab kafesi – “Bapbalaca”nın açılış mərasimi keçirilib.

 

Senet.az xəbər verir ki, açılış mərasimini kafenin yaradıcısı yazıçı, naşir Müşfiq XAN açıb.

 

O, ideyanın səmimi, dostlarla yığışa biləcək bir məkan açmaqdan gəldiyini deyib: “Biz istəyirdik ki, özümüzə aid bir yerimiz olsun. Balaca, xoş auralı, kitab qoxan bir ünvanımız olsun. Buna görə də adı kimi özü balaca olan “Bapbalaca”nı açdıq”.

 

Tədbirdə iştirak edən yazıçı Cəlil Cavanşir məkanı çox bəyəndiyini deyib: “Bapbalaca” xoş auralı, isti bir yerdir. Qışın soyuğundan qorunmaq üçün əsl axtardığımız məkandır”.

 

 

Açılış mərasimi canlı musiqi ilə davam edib.

 

USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10