“Bartlebi sindromu”nun qurbanları

167 Baxış

Hər hansı bir səbəbdən yazıçılıq fəaliyyətini dayandıran, işini zirvədə tərk edən yazıçıları xarakterizə etmək üçün amerikan yazıçı Herman Melvill vaxtilə “Bartlebi” adlı hekayə yazaraq “Bartlebi sindromu”nun əsasını qoyub.  Bu sindromun qurbanlarını tanımaq istərdinizmi? Senet.az oxucularına “Bartlebi sindromu”nun qurbanlarını təqdim edir.

 

Herman-Melville

“Bartlebi”lərin atası – Herman Melvill

Herman Melvill ilk nəşrində o qədər də diqqət cəlb etməyən “Katib Bartlebi” adlı əsəri ilə “Bartlebi sindromu”nun əsasını qoyub. Melvill qəribə, melanxolik həyat keçirməyə meylli idi. Nəşr etdiyi ilk hekayələr toplusuna olan maraqdan sonra “Mardi” adlı çox ağır oxunan bir əsər yazıb. Sonra ən böyük romanı – “Mobi Dik”i yayımlayıb uğur əldə etsə də, 34 yaşında qələmi ilə birdəfəlik vidalaşır və həyatının axırına qədər qəhrəmanı Bartlebi kimi Nyu-Yorkda sıxıcı bir ofisdə işləyib və 1891-ci ildə səssizcə dünyadan köçür.

Kafka_portrait

“Bartlebi”nin varisi – Frans Kafka

Əslində, Bartlebi Kafka obrazlarının ilham mənbəyi idi. Kafka da obrazları kimi mövcudluğun çətinliyini yaşayırdı, yazmağın mümkünsüzlüyünü sübut etməyə çalışırdı. “İnsanlar nə qədər gəzsələr, varolma nöqtəsindən o qədər uzaqlaşarlar” – deyirdi.

 

Juan-Rulfo-2

“Yazmıram, çünki əmim ölüb” – Xuan Rulfo

Xuan Rulfo  Latın Amerika ədəbiyyatının ən yaxşı əsərlərindən “Pedro Paramo”nu yazandan sonra 30 il qələminə istirahət verib. Özünü tez-tez Artur Remboyla müqayisə edən yazıçının “Yanan ovalıq” əsəri bütünlüklə əmisinin danışdığı qısa hekayələrdən ibarətdir. Rulfo: “Nə üçün yazmırsınız?”, – sualına uzun müddət: “Yazmıram, ona görə ki, hekayələri mənə danışan əmim Selerino ölüb”, -deyə cavab verib.

 

Marsel-Disan-blacksheep.rs_

Şahmat oynamağı seçdi – Marsel Düşam

Fransız rəssam Düşam digərlərindən fərqli olaraq yazmağı deyil, rəsm çəkməyi atıb. Rəssam “Böyük şüşə” adlı əsərindən sonra ideyasız qalıb və özünü təkrarlamaq əvəzinə rəsm çəkməyi dayandırıb. Rəssamlığı niyə atdığını soruşanda: “Daha ideyam yoxdur”- deyə cavab verirmiş. 50 il ərzində rəsm çəkmək əvəzinə, şahmat oynayıb. Ölümündən sonra gənc rəssamlar tərəfindən kəşf edilən Düşam “sənətçi”liyin fəaliyyət müddəti ilə bağlı olmadığını hamı sübut etdi.

80ED6205-E61B-4652-AB8C-CA82C3C7650F_w650_r1_s

Çovdarlığın uçurumdan qorumadığı C. D. Selincer

Əgər “Bartlebi”lərin siyahısını hazırlasaq, şübhəsiz Cerom Devid Selincer birinci olar. Selincer başda “Çovdarlıqda uçurumdan qoruyan” əsəri olmaqla, dörd kitabın müəllifidir. Sonuncu kitabının nəşrindən sonra 45 il nə şəkil çəkdirib, nə müsahibə verib, nə də hekayə yayımlayıb. Yazıçının qızı Marqaret Selincerin atası ilə bağlı xatirələrindən ibarət “Xəyal qoruyan” adlı bir kitabı var. Oğlu isə tanınmış aktyorlardan biridir. Ancaq bu iki övladdan başqa Selincer haqqında heç kim heç nə bilmir. Deyilənlərə görə, 45 il ərzində buddizmə meyl salıb. Yazıçını görmək eşqi ilə Amerikaya gedən, onu tapmaq üçün dedektiv tutan minlərlə oxucu Selincerin yazmağa davam etdiyinə inanır.

 

 

 

westphalen

45 ilin susqunluğu – Emilio Adolfo Uestfaln

Emilio Adolfo Uestfaln Peru şeirini ispan şeiri tərzi ilə mükəmməl şəkildə birləşdirən iki şeir kitabı yazandan sonra düz 45 il heç nə yazmayıb. Bu susqunluq onu unutdurmaq əvəzinə, əksinə məşhurlaşdırıb. “Niyə yazmırsınız?”, – sualına sol əli ilə üzünü bağlayaraq eyni cavabı verərmiş: “Hazır deyiləm”.

Без названия

Otuz yaşında yazmağı atan Artur Rembo

Rembo “Sərxoş gəmi” şeirini 16 yaşında yazıb. Ədəbiyyat aləmində tanınmaq və ya məşhurlaşmaq onun üçün heç vaxt prioritet olmayıb. 29 yaşında çıxan ikinci kitabından sonra daha yazmayıb, qalan ömrünü səyahətlərə və macəralara həsr edib.

Без названия (1)

“Ölümsüzlük testi”nin qurbanı – Gi de Mopassan

Oğlunun böyük yazıçı olmağını istəyən ana Mopassan onu usta yazıçı Floberə əmanət edib. Gənc Gi 30 yaşına qədər heç nə yazmayıb. Yazmağa başladığı gündən isə həyatı dəyişib; qısa hekayələri, romanları ilə ədəbiyyat aləmini silkələyib, lüks həyata qovuşub. Mopassanın səhvi “ölümsüzlük” iddiası olub. Ölümsüzlüyünə əmin olmaq üçün başına iki dəfə tapança ilə atəş açandan sonra qulluqçusunu çağırıb: “Bax. Mənə güllə də kar etmir, mən ölümsüzəm”- deyib. Eyni “ölümüzlük sınağı”nı xəncərlə yoxlamaq istəyi uğursuz olub. Xeyli qan itirdikdən sonra Mopassan daha əlinə qələm almayıb. Qəzetlər isə onun şəklini bu başlıqla yayımlamağa başlayıblar: “Ölümsüz Gi de Mopassanın dəliliyi davam edir”.

 01

Yazılası heç nəyim yoxdur – Oskar Uayld

“Dünyanın ən çətin və ən intellektual şeyi – heç nə etməməkdir”, – deyirdi Uayld. Yazıçı “heç nə etməməyi” Parisdə keçən son günlərində həyata keçirə bildi. Yazmamağını isə belə əsaslandırırdı: “Həyatı dərk etməmişdən əvvəl yazırdım; indi bildiyim üçün yazılası bir şeyim yoxdur”.

  Без названия (2)

Gecikmiş Bartlebi – Lev Tolstoy

Tolstoy gecikmiş “Bartlebi” idi. Ömrünün sonlarına yaxın ədəbiyyatın uğursuzluq olduğuna inanıb, uşaqlıqdan bəri yaşadığı Yasnaya Polyananı qayıtmamaq və yazmamaq ümidi ilə tərk edib. Tolstoyu öləcəyi qatar stansiyasına tərəf yol alarkən bu yolda artıq “Bartlebi” dəstəsinə qoşulurdu. Bütün ədəbiyyatın öz-özündən imtina etməkdən ibarət olduğunu bunda ətraflı nə izah edə bilər ki…

Henry_roth

Unudulmağı seçdi – Henri Rot

Henri Rot Amerkiya mühacirət etmiş bir ailənin övladı idi. İlk romanlarını 28 yaşında yazdı. Ancaq romanları elə də, böyük maraqla qarşılanmadı. Bundan sonra bir çox fərqli sahələrd işlədi. Romanı 30 il sonra yenidən çap olunanda bu dəfə çox böyük maraqla qarşılandı. Henri Rot daha sonra ömrünün axırına qədər heç bir əsər yazmadı və unudulmaq yolunu seçdi.

Türkiyə türkcəsindən uyğunlaşdırdı: Elçin İbrahimov

Mənbə: http://www.edebiyathaber.net/yazmayi-birakan-yazarlarin-hikayesi/

KÖŞƏ YAZARLARI
TOP 10