Belçikada Füzuliyə həsr edilən konfrans keçirilib.

8 Baxış

brussel konfrans

Belçikada Türk ədəbiyyatı ilə bağlı görüşmələr çərçivəsində dahi şair Füzuliyə həsr edilən konfrans təşkil olunub. TRT haber-in məlumatına görə, Brüsseldə Yunuc Əmrə İnstitutunda keçirilən konfransda Füzulinin ərəb, fars və türk dillərində şerlər yazdığı vurğulanıb. Onun eyni zamanda tibb, sosiologiya, astronomiya kimi bir çox fərqli sahələrdə əsərlər təqdim etdiyinə diqqət çəkilib. Türkiyənin Baş nazirliyinin müşaviri prof. dr. İskender Pala bir professorun hazırda ən çox 5-6 min söz ilə danışdığını, lakin Füzulinin 16-cı yüzillikdə yaşamış biri kimi 21 min söz ilə düşünüb yazdığını vurğulayıb. Füzuli ilə Şekspiri müqayisə edən Pala ingilis yazıçının “olmaq ya da olmamaq” ifadəsini hər kəsin bildiyini, Füzulinin “Leyli və Məcnun” əsərində yer alan “tapmaq ya da tapmamaq” ifadəsini isə çoxlarının  bilinmədiyini qeyd edib. Konfransda həmçinin Şekspirin “Romeo və Cülyetta” əsərinə film, tamaşa, cizgi filmi çəkildiyi, lakin Füzulinin “Leyli və Məcnun” əsəri üçün bunların heç birinin edilmədiyi ifadə olunub. Tədbirdə türk dünyasının dahi şəxsiyyətinin irsinin öyrənilməsinin vacibliyi önə çıxarılıb.