Benedikt Kamberbetçin çəkildiyi film “Netflix”də yayımlanacaq

2 Baxış

hg

 

Yeni Zelandiyalı kinorejissor Ceyn Kempion Venesiya Kinofestivalında Benedikt Kamberbetç və Kirsten Danstın baş rollarda çəkildiyi “İtin hakimiyyəti” filmini təqdim edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Netflix”lə birgə çəkilən ekran əsəri onlayn platformalarda və kinoteatrlarda yayımlanacaq.

“İtin hakimiyyəti” dramı amerikalı yazıçı Tomas Sevidcin eyniadlı əsəri əsasında yaradılıb.

“Kitabı oxudum və başa düşdüm ki, əsər inanılmazdır. Mən bir neçə romanı axıra qədər oxuya bilmişəm, amma bu kitabdan gözümü çəkə bilmədim. Həftələr sonra, xəyalən kitabda təsvir olunan səhnələrə təkrar-təkrar qayıtdım və daha sonra layihə üzərində düşünməyə başladım”, – deyə Ceyn Kempion bildirib.

Filmin çəkilişləri rejissorun vətəni Yeni Zelandiyada, “Netflix” striminq şirkətinin dəstəyi ilə aparılıb: “Netflix” mənə əvvəllər heç düşünmədiyim bir büdcə üzərində işləmək imkanı verib və buna görə şirkətə minnətdaram. Biz filmi nəinki kinoteatrlarda, eyni zamanda onlayn platformada nümayiş etdirə biləcəyik”.

Bölmə : Kino, Modern, Sənət