Berlində Azərbaycan və Mərkəzi Asiya rəssamlarının sərgisi

9 Baxış

14970620961506033986_1000x669

İyunun 25-də Almaniyanın paytaxtında yerləşən Berlin-Bakı qalereyasında “Azərbaycan Mərkəzi Asiya ilə Berlində görüşür” adlı sərgi keçirilib.

Senet.az qalereyanın saytına istinadla xəbər verir ki, iyulun 29-dək davam edəcək sərgidə rəssamlar Rasim Hüseynovun (Azərbaycan), Samat İşenbekovun (Qırğızıstan), Sayyora Muinin (Özbəkistan) və Kodir Rahimovun (Tacikistan) əsərləri nümayiş olunacaq.

Xatırladaq ki, 2007-ci ildə açılmış Berlin-Bakı qalereyasının fəaliyyətinin məqsədi almaniyalı və azərbaycanlı rəssamların, heykəltəraşların və digər incəsənət nümayəndələrinin əsərlərinin birgə sərgisinin təşkili və xalqlarımız arasında mədəni münasibətlərin daha da intensivləşməsinə töhfə verməkdir.