Berlindəki “Lollapalooza” festivalı ləğv olunub

0 Baxış

hg

Berlində “Lollapalooza” adlı ənənəvi musiqi festivalı ikinci ildir ki, pandemiya səbəbindən keçirilməyəcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat yayıb.

“Təəssüflə bildiririk ki, hazırkı məhdudiyyətlərlə bağlı “Lollapalooza Berlin 2021” ləğv olunur”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, təşkilatçılar festivalı bu il keçirmək üçün son ana qədər əlindən gələni ediblər. Ancaq COVID-19 infeksiyasının yayılması ilə əlaqədar olaraq yaranan epidemioloji vəziyyət tədbiri normal formatda keçirməyə imkan vermir.

Vurğulanıb ki, təşkilatçılar festivalı növbəti ildə keçiriləcəyinə ümid edirlər. Belə ki, bu il alınan biletlər növbəti ildə də keçərli olacaq.

Bölmə : Sənət xəbər