“Bestseller” roman Azərbaycanda – “Qatardakı qız”

604 Baxış

paula“XAN” nəşriyyatı britaniyalı yazıçı Paula Hokinsin “Qatardakı qız” detektiv romanını çapa hazırlayıb. Kitab Amerikada satışa çıxdığı ilk həftələrdə 230.000 min tirajla satılıb. “Nyu York Times”ın ən çox satılanlar siyahısında birinci yerdədir. “Amazon” və “Goodreads” tərəfindən 2015-ci ilin Ən yaxşı kitabı seçilib.

“Qatardakı qız” detektiv romanında bir-birindən fərqli, eyni zamanda da müəyyən xüsusiyyətlərinə görə bir-birinə bənzəyən üç qadının taleyindən bəhs edilir. Bu, bir məsələyə üç ayrı bucaqdan yanaşmağa bənzəyir. Siz də oxuyarkən təsvir edilən taleləri, sevgiləri, qısqanclıqları, faciələri qatar səslərinin müşayiəti altında və qatar pəncərəsindən görürmüş kimi hiss edəcəksiniz. Kənardan izlənən evlərdə baş verənlərin doğurduğu maraq isə hər kəsə tanış hisdir.

Qeyd edək ki, oxucular kitabı həftəsonundan etibarən şəhərin kitab mağazalarında əldə edə biləcəklər.

 

 

***

 

Üçdə ilişib qalmışdım, davam eləyə bilmirdim.

Qulağım küylə dolmuşdu, ağzım qan içində idi. Üç qıza… Sağsağanların səsini eşidirdim. Gülürdülər, mənimlə əylənirdilər. Səsləri kobud idi. Bu bir işarə idi. Həm də pis xəbərə işarə edirdi… Artıq onları görə bilirdim, günəş şüaları altında qapqara görünürdülər. Elə bil quş deyil, tamam başqa bir şey idilər. Kimsə mənə tərəf gəlirdi. Kimsə mənimlə danışırdı. Bax… Bax sənin ucbatından nə etdim…