“Bəxtiyar Vahabzadə – 96” adlı virtual kitab sərgisi təqdim edilib

0 Baxış

hg

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 96 illiyi münasibətilə “Bəxtiyar Vahabzadə – 96″ başlığı altında virtual kitab sərgisi təqdim edib.

Baş İdarədən Senet.az-a bildirilib ki, sərgidə Bəxtiyar Vahabzadənin müəllifi olduğu kitablar, həmçinin seçilmiş əsərləri, o cümlədən onun haqqında yazılan ədəbiyyat nümunələri yer alıb.

Bundan başqa, şairin müəllifi olduğu “Qürbət Vətən” şeiri səsləndirilib və haqqında videoçarx təqdim olunub.

Materiallarla kitabxananın instaqram səhifəsində tanış olmaq olar.

Bölmə : Ədəbiyyat