Beynəlxalq Buker mükafatının qalibi fransalı yazıçı oldu

3 Baxış

hg

2021-ci il üçün Beynəlxalq Buker mükafatının qalibi elan olunub.

Edebiyyatqazeti.az The Guardiana istinadla xəbər verir ki, builki mükafatın qalibi “Gecə bütün qanlar qaradır” (“At Night All Blood is Black”) romanına görə fransalı yazıçı David Diop olub.

Qalibin adını iyunun 2-də mükafatın münsiflər heyətinin sədri Lyusi Xyuz-Qallett elan edib.

David Diop Beynəlxalq Buker mükafatı alan ilk fransız yazıçıdır. Hazırda D.Diopun romanı 13 dilə tərcümə olunur və artıq İtaliyada Strega European Prize mükafatının da laureatı olub.

Qaydalara görə, 50 min funt-sterlinqlik mükafat məbləği müəllif və tərcüməçi Anna Moşovakis arasında bölüşdürüləcək.

Bölmə : Manşet, Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10