İki ildən bir verilən Beynəlxalq “Man Booker” mükafatının bu ilki qalibi macar əsilli yazıçı Laszlo Krasznahorkaj olub.
Qeyd edək ki, dəyəri 60,000 funt sterlinq olan bu mükafat əsərini ingiliscə yazan, yaxud əsəri ingiliscəyə çevrilən nasirlərə verilir.
Münsiflər heyəti macar yazıçını gələcəyi hiss edən bir müəllif kimi qiymətləndiriblər.