Biləsuvarda detektiv yazıçı ilə görüş olacaq

27 Baxış

imza günü biləsuvar

Detektiv yazıçı Müşfiq XAN oxucuları ilə görüşlərini davam etdirir. Müşfiq XANın növbəti görüşünün Biləsuvar rayonunda keçirilməsi nəzərdə tutulub. 17 may 2016-cı il saat 11:30-da Biləsuvar Mərkəzi Kitabxanasında detektiv yazıçı ilə görüş və imza günü keçiriləcək.

May ayında yazıçının ilk görüşü Xəzər Universitetində tələbələrlə olub. Görüşdə detektiv yazıçı Müşfiq XAN əsərləri haqqında məlumat verib, detektiv janrın incəliklərindən bəhs edib. Daha sonra müəllif tədbir iştirakçılarının suallarını cavablandırıb. Daha sonra müəllifin imza mərasimi keçirilib.

Xatırladaq ki, yazıçı Müşfiq Xan “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə” (həmmüəllif), “Sonuncu hədiyyə”, “U geni”, “Yataqdakı qatil”, “Yolka işığında qətl”, “Qatil üçün nekroloq” , “O2”,  “Milanaya məktub” ,“5.45”  kitablarının müəllifidir. Yazıçı bu aydan etibarən ali məktəblərdə, şəhər və rayon kitabxanalarında silsilə görüşlər keçirməyi planlaşdırır. 

Bütün detektiv həvəskarları və ədəbiyyatsevərlər görüşlərə dəvətlidir.