BİLAL ƏRDOĞAN AZƏRBAYCANIN MƏŞHUR “ÇÖLDƏ YAŞAM ÖYÜDLƏRİ” VERİLİŞİNİN QONAĞI OLUB

5 Baxış

erdoga4

Tanınmış televiziyaçı, Azərbaycanın ilk Biznes və Turizm kanalı olan Qafqaz TV-nın baş direktoru Eltən Qədimbəylinin suallarını cavablandıran Bilal Ərdoğana Qafqaz milli papağı hədiyyə edilib 26-28 iyul tarixlərində Gədəbəy rayonunda keçirilən Milli Yaylaq Festivalına qatılan Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycanın tanınmış televiziyaçılarından biri olan Azərbaycanın ilk Biznes və Turizm kanalı Qafqaz TV-nın baş direktoru Eltən Qədimbəylinin aparıcısı və yönətməni olduğu məhşür “Çöldə yaşam öyüdləri” verilişinin də qonağı olub.

Verilişin çəkilişi elə Gədəbəyin Düzyurd-Miskinli yaylağında baş tutub. Festival iştirakçılarının böyük marağına səbəb olan çəkiliş prosesi yüzdən çox insanın yaratdığı canlı dairəvi səddin ortasında baş tutub. Eltən Qədimbəylinin suallarını cavablandıran Bilal Ərdoğan milli idman növlərinin təbliğının əhəmiyyətindən, Azərbaycanın və Türkiyənin bu sahədəki əməkdaşlıq imkanlarından, ənənəvi türk oxçuluğunun perespektivlərindən və digər məsələlərdən danışıb.

Sonda Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın baş derektorunun hədiyyə etdiyi qafqaz milli papağını məmuniyyətlə qəbul edib və elə oradaca papağı geyinib. Onu da qeyd edək ki, bu Bilal Ərdoğanın Eltən Qədimbəyli ilə ilk görüşü deyil, bundan əvvəl Eltən Qədimbəyli Bilal Ərdoğanın özəl dəvəti ilə Türkiyənin Antalya şəhərində Dünya Etnoidman Konfederasiyasının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Etnoidman Forumuna qatılıb və orada Bilal Ərdoğanla görüşmüşdü. Bilal Ərdoğanın qonaq olduğu “Çöldə yaşam öyüdləri” verilişinə yaxın günlərdə Qafqaz TV-nın efirində və kanalın qafqaztv.az ünyanında yerləşən saytından izləyə bilərsiniz.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10