Biliyə ən çox ehtiyacı olan, oğlan, bilik günün mübarək

54 Baxış

kurdexanMirmehdi Ağaoğlu

 

Balabəydi adı.

 

Ta Kürsəngidən gəlib.

 

 

Üzüm satmağa.

 

Nənəsi ilə.

 

Bir də qonşu oğlan var yanlarında.

 

Balabəydən iki yaş böyük ola, ya olmaya.

 

Qabaqlarında iri boyaq vedrələri.

 

Boş vedrələr.

 

İçi-içə qoyulub.

 

Altı dənə.

 

Hamımızın evində var o vedrələrdən.

 

İridi, çox iri.

 

Bəzilərimiz içində su saxlayır,

 

Bəzilərimiz zibil qabı edir o vedrələri.

 

Onlarsa üzüm gətiriblər satmağa o vedrələrdə.

 

Ta Kürsəngidən.

 

Altı vedrədə.

 

Hərəsinə iki vedrə.

 

Birin qaldırsam belim batar.

 

Onlarsa bu vedrələri ta Kürsəngidən gətiriblər.

 

 

Sonra metro ilə.

 

Nə qədər də piyada gəziblər.

 

Vosmoyda satıblar.

 

İndi isə işlərindən məmnun, üzlərində yorğunluq evlərinə qayıdırlar.

 

Yeni dərs ilinin ilk günündə məktəbdən gələn, məktəbə gedən geyimli-keçimli həmyaşıdlarına baxır qatarda oturub arabirbir utancaq-utancaq başını yuxarı qaldıran Balabəy.

 

Bu gün altıncı sinfə getməli idi.

 

Getmədi.

 

Yaşıdları onlara alınan təzə məktəb formalarını geyib, təzə çantalarını, təzə qələm-dəftərlərini götürüb məktəbə gedərkən üzüm vedrələrini götürüb Bakıya gəldi.

 

Çanta yerinə.

 

Deyir, sabah gedəcəm məktəbə.

 

Bu gün olmadı, sabah olacaq.

 

İnanıram, ümid edirəm.

 

Uşaqları ehtiyac üzündən məktəb əvəzinə bazarlara geməyən bir ölkənin vətəndaşı olmağa ümid edirəm.

 

P.S. Biliyə ən çox ehtiyacı olan, oğlan, bilik günün mübarək.

 

 

 

Kulis İnternet dərgisi

 

 

 

 

 

 

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10