Bir əsrdə üç əlifba – Elçin İbrahimov

24 Baxış

1493420495_elchin-brahimov

Əlifba bu və ya digər dilin yazısında istifadə edilən, həmin dil üçün qəbul edilmiş qaydada düzülmüş qrafik işarələr toplusudur. Hər bir xalqın varlığını, mövcudluğunu təsdiq edən onu şərtləndirən əsas faktorlardan biri də əlifbadır. Tarixi keçmişimizdən indiyə kimi Azərbaycan xalqının bütövlüyünü onun ərazisinin, dilinin, əlifbasının bir çox maddi-mənəvi dəyərlərinin dəyişikliklərə məruz qalması heç də təsadüfi olmamışdır.

Azərbaycanda əlifba islahatları, İslam dininin qəbul edilməsindən sonrakı dövrlərdə ərəb əlifbasından istifadə edilən dövrə qədər uzanır. Ərəb əlifbası, Azərbaycan türkləri tərəfindən rəsmi olaraq 1922-ci ilə qədər, qeyri-rəsmi olaraq isə 1929-cu ilə qədər istifadə edilmişdir.

Ərəb əlifbasının, Azərbaycan türkləri arasında ənənələrə bağlı olaraq, yeni bir islahatlar keçirilmədən istifadə edilməsi bütün türk-ərəb əlifbalarında olduğu kimi başlanğıcından XIX əsrin sonlarına qədər davam etmişdir.

Türklərin ərəb əlifbasını qəbul etməsində əsas səbəb din dəyişikliyidir. Bu əlifba çox geniş bir coğrafiyada uzun müddət istifadə edilmişdir. Ancaq tədricən türk dünyasında böyük elm adamları ərəb əlifbasının Türk dilinin fonetik qaydalarına uyğun olmadığını qeyd edərək, ərəb əlifbasını tərk etməkləri və ya onu fərqli şəkillərdə islah edərək istifadə etmək kimi fikirlər irəli sürülmüşdür. İstərdim əvvəlcə bu fikirləri qısa da olsa, qeyd edim.

Belə ki, islam dinini qəbul edən Azərbaycan türkləri ərəb əlifbasını da mənimsəmişdir. Lakin ərəb əlifbası Türk dilinin xüsusiyyətlərini tam ehtiva edə bilmirdi. Bu haqda ziyalılar, alimlər, yazıçılar hələ keçmişlərdən ərəb əlifbasının bir sıra çətinliklərini görmüş və şikayətlənmişlər. Həmçinin vaxtı ilə XVI əsrin dahi Azərbaycan şairi Məhəmməd Füzuli başqa məsələlərlə yanaşı, ərəb əlifbasının nöqsan və  qüsurlarından da şikayət etmişdir.

Ərəb əlifbasının nöqsan və  çətinlikləri göz qabağında idi. Azərbaycan dili saitlərindən çoxunun ayrıca hərf şəklinə malik olması eyni hərfin bir neçə saiti bildirməsi eyni samit üçün bir neçə hərf şəklinin varlığı, samitlərdə oxşar hərflərin və nöqtələrin çoxluğu, sağdan sola və çulğaşıq yazı sistemi. Ərəb əlifbasının görsənən əsas nöqsanları idi. Məhz bu səbəblərə görə ərəb əlifbasında islahat aparmağı və ya yeni əlifba yaratmağı ilkin şərt sayan ziyalılar, alimlər geniş və  məqsədyönlü fəaliyyətə başlayırlar.

Tarixi sənədlərdən də məlum olduğu kimi, bütün Türk dünyasında və həmçinin Azərbaycanda bu işi başladan və əlifbanın dəyişdirilməsi ilə bağlı ilk təşəbbüs Mirzə Fətəli Axundzadə (1812-1878) tərəfindən göstərilmişdir.

ÜzünmüddətlisəylərinəbaxmayaraqM.F.Axundzadə nəinki əlifbanın dəyişdirilməsinə, onun islah olunmasına da nail ola bilmədi.

Azərbaycanda ərəb əlifbasının əvəzinə latın əlifbası əsasında yeni bir sistemin qəbul edilməyinə dair fikirlər, Axundzadədən başqa Mirzə Kazım bəy tərəfindən də dilə gətirilmişdir. Mirzə Kazımbəy 1870-ci illərdə Axundzadənin əlifba islahatı fəaliyyətlərini dəstəkləyənlərin önündə gələnlərdəndir.

Azərbaycan Cumhuriyyəti dövründə (1919) Azərbaycan Maarif Nazirliyinin tərkibində bir əlifba qurumu yaradılır və bu qurumun üzvlərindən A.Əfəndizadə, latın əlifbası əsasında bir əlifba layihəsi hazırlayır. Bu layihə “son türk əlifbası (dərslik)” adıyla Bakıda 1919-cu ildə nəşr edilir.

Bundansonraəlifbaməsələsindədahapraktikaddımlaratılmağabaşlanılır.

1921-ci ilin dekabr ayından başlayaraq N.Nərimanovun təşəbbüsü ilə dil və əlifba məsələlərinə həsr edilmiş müzakirələr keçirilirdi. Bu müzakirələr zamanı əlifba məsələsində iki cərəyan yarandı:“latınçılar”“ərəbistlər”.

Azərbaycanda1922-ci ildən fəaliyyət göstərən Yeni Türk Əlifba Komitəsinin apardığı işlər nəticəsində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 27 iyun tarixli qərarı ilə yeni əlifba məcburi və dövlət əlifbası hesab olundu.

Komitənin hazırladığı latın əsaslı əlifba 33 hərfdən ibarət idi. Yeni əlifba ilə 21 sentyabr 1922-ci ildə Bakıda ilk mətbu orqan olan “Yeni yol” qəzeti nəşr olunur.

“Yeni yol” qəzeti ilk sayında yeni əlifbanın hazırlanmış olduğunu xalqa elan edir və əlifba heyəti üçün beş səhifədən ibarət bir təbrik mesajı nəşr edir.

Yeni əlifbanı tərtib edənlərdən və Əlifba Komitəsinin sədri Ağamalıoğlu, 20 fevral 1924-cü ildə Tiflisdə yeni əlifba ilə bağlı bir konfrans təşkil edir. Bu konfransdan sonra, Tiflisdə “Yeni Türk Əlifbası Komitəsi” yaradılır.

1925-ci ildə Azərbaycan SSR və Azərbaycan Maarif Nazirliyi IV Qurultayında yeni əlifbanın bütün məktəblərdə və nəşriyyatda həyata keçirilməsi qərara alınır.

Buişlərindavamıolaraq 1926-cı ildə fevral ayının 26-dan martın 5-nə qədər Bakıda İsmailiyə Sarayında I Türkolojiqurultaykeçirilir. Azərbaycandan da çoxlu sayda elm adamının iştirak etdiyi konfrans çox yüksək səviyyədə təşkil edilir.

Bu qurultaydan sonra, təxminən, 1 ilərzində, demək olarki ,türk-tatar xalqlarının yaşadıqları bütün ərazilərdə yeni əlifbanın həyata keçirilməsi üçün yerli əlifba komitələri yaradılmışdı.

1926-cı ildən etibarən Azərbaycanda yeni əlifbanın həyata keçirilməsi fəaliyyətləri başlayır. Azərbaycan türkcəsindəki 32 səsə qarşılıq 25 əsas səs seçməklə latın əlifbasına bəzi hərflər əlavə edilir.   Əsas sait səslər: a, e, i, u, ü, y və samit hərflər isə b, c, d, f, g, h, j, k, l, m, n, p, q, r, s, t, v, x, z olan latın əlifbasının Azərbaycan-latın variantına ç, , e, ə, ƶ, ı əlavə edilir. Ş samiti əvəzinə ʒ hərfi istifadə edilirdi.

Nəhayət, SSRİ MİK-i 1927-ci il tarixli sərəncamı ilə yeni əlifba hərəkatının Ümumittifaq miqyasında həyata keçirilməsini tənzimləmək məqsədilə Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsi yaradıldı və Səməd Ağamalıoğlu bu komitənin sədri seçildi.

Komitə yaradılandan sonra (təxminən 3həftəsonra)1927-ciildəYeni Əlifba Komitəsinin ilkplenumuBakıdaçağırıldı.

Azərbaycanda əlifba məsələsinin üçüncü mərhələsi, rus-kiril hərflərinin qəbul edilməsi ilə başlayır. Azərbaycan-kril əlifbası, 1939-cu ildən təsdiq olunsa da, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan (1922) sonra Azərbaycanda kiriləlifbasının tətbiq edilməsi məsələsi tez-tez gündəliyə gətirilmişdir. Ancaq latın əlifbası tərəfdarlarının çoxluğu, kiriləlifbasının 1920-ci illərdəqəbul edilməsinə mane olmuşdur.

8 may 1939-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyinin tərkibində həyata keçirilən bir iclasda, rus-kiril əlifbasının Azərbaycan dilinə uyğunlaşması və Azərbaycan-kiril əlifbası layihəsi gündəliyə gətirilərək müzakirə edilir. İclasda, rus-kiril əlifbasının latın əlifbasından daha üstün olduğu, Azərbaycan dilindəki səslərin qarşılanması nöqtəsində kiril hərflərinin daha üstün olması dilə gətirilir.

15 noyabr 1939-cu ildə Azərbaycan Ali Soveti Xalq Komissarlığı, 1 yanvar 1940-cı ildən etibarən Azərbaycanda rus əsaslı kiril əlifbasına keçmək haqqında qərar qəbul edir. Beləliklə,kiriləlifbası, Azərbaycanda rəsmi olaraq istifadə olunmağa başlandı.

Əlbəttə, Azərbaycan tarixinin ən mürəkkəb dövrünü əhatə edən 1980-1990-cı illərdə bütün sahələrdə olduğu kimi Azərbaycan dili üzərində ciddi və qızğın müzakirələr gedirdi.Bu dövrdə Azərbaycanda latın, kiril, ərəb hətta Göytürk əlifbasına keçilməsini dəstəkləyən ziyalılar mövqelərini bildirirlər. Artıq xalq oyanmışdı, Sovetin onun əlifbası ilə hansı böyük oyunlar oynadığını bilirdi (başa düşürdü). Artıq ziyalılar bu oyunun tərkib hissəsi olmaq istəmirdilər.

Azərbaycanda latın əlifbasına keçməklə bağlı aidiyyəti qurumlarda müzakirələrə başlanılmışdı. Azərbaycan Milli Elmlər Akademiyasında bir neçə institutlarda bunlarla bağlı ciddi işlər yerinə yetirilirdi. Dövrün böyük ziyalıları: Ağamusa Axundov, Tofiq Hacıyev, Firudin Cəlilov, Kamil Vəli Nərimanoğlu, Süleyman Əliyarlı, Sabir Rüstəmxanlı və digər elm adamlarında Azərbaycan türkcəsinin səs quruluşunun ən əlverişli şəkildə əks etdirəcək əlifbanın latın əlifbası olduğu haqda ümumi rəy formalaşmışdı.

Bu mübahisəli məsələlər Azərbaycan Respublikası Ali Soveti Milli şurasının 25 dekabr 1991-ci ildə keçirilən iclasında həll edildi. Müzakirələr nəticəsində “Latın əlifbası əsaslı Azərbaycan əlifbasının islah edilməsi haqqında Azərbaycan Respublikasının qanunu” nu qəbul edildi.

Yeni əlifbanın qəbul edilməsi ilə yenə də müzakirələrə son qoyulmadı. Əlifbadakı bəzi hərflərin dəyişdirilməsi üzərində gedən müzakirələr nəticəsində ä hərfi ə ilə dəyişdirilərək ən son variantı ilə yenidən qəzet və jurnallarda nəşr edilmişdir.

Yeni əlifba haqqında fəaliyyətlər həyata keçirilsə də, bu fəaliyyətlər latın əlifbasına tamamilə keçməyi təmin etmədi. İkili əlifbadan istifadə edilməsi (həm kiril, həm də latın) 9 il davam etdi. Azərbaycan əlifba tarixində bu hadisə ilk dəfə deyildi. Ərəb əlifbasından latın əlifbasına keçid mərhələsində də eyni vəziyyət yaranmışdır. Azərbaycan prezidentinin Heydər Əliyevin 1 avqust 2001-ci ildə Azərbaycan əlifbası və Azərbaycan dili günü olaraq elan etməsi ilə iki əlifabdan istifadə edilməsinə birdəfəlik son qoyuldu.

Azərbaycanda əlifba tarixi ilə bağlı ətraflı çıxış edən mərhum prezident Heydər Əliyev bundan sonra əlifba haqqında fərman vermişdir. Azərbaycan prezidentinin əlifba ilə bağlı fərmanından sonra Azərbaycanın bütün dövlət idarələrində, mətbuatda, məktəblərdə, özəl iş yerlərində, rəsmi sənədlərdə və s. sahələrdə sadəcə latın əlifbasının istifadə edilməsinə keçildi və bunlar haqqında mətbuatda da çox geniş məlumatlar verildi.

Prezident Heydər Əliyevin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə 1 avqust 2001-ci ildən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirildi. 4 iyul 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiqi haqqında sərəncam verən Heydər Əliyev həmin il avqustun 9-da imzaladığı fərmanla “Azərbaycan Dili və Əlifbası Günü”nü təsis edib. Məhz həmin tarixdən etibarən fərmana uyğun olaraq hər il avqustun 1-də “Azərbaycan Dili və Əlifbası Günü” qeyd edilir.

Bu tarixdən etibarən Azərbaycan dövlət dilinin tətbiqinin genişləndirilməsi sahəsində hüquqi baza təkmilləşdirilib və geniş praktik addımlar atılmışdır.Bu fərmanların əhəmiyyətini nəzərə alaraq onlardan ən mühümlərindən bir neçəsini qeyd etmək istəyərdim:

1. Dövlət Dili haqqında Azərbaycan Respublikasının Qanunu.(Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti,  Bakı şəhəri, 30 sentyabr 2002-ci il)

2. Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı.(Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 2 yanvar 2003-cü il)

3.Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında fərman.(İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 12 yanvar 2004-cü il. № 56)

4. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsibarədə fərman. (Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli 56 nömrəli Sərəncamı ilə təsdiq olun)

5. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbycan Respublikası Prezidentinin Sərəncamı.(İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 may 2012-ci il)

7. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq olunması barədə Azərbaycan Respublikasının Sərəncamı.(Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir.)

KÖŞƏ YAZARLARI
TOP 10