Azərbaycan Yazıçılar Birliyinin (AYB) ədəbi orqanı olan “Ulduz” jurnalının redaksiya heyəti “Bir bənd şeir” müsabiqəsi keçirəcək.
Edebiyyat.biz AYB-yə istinadla xəbər verir ki, müsabiqədə yeni yazılmış və yalnız bir bənddən ibarət (heca) şeir müəllifləri iştirak edə bilər.
Dekabrın 24-dən martın 1–dək keçiriləcək müsabiqədə hər müəllifin yalnız bir şeirlə iştirakı mümkündür.
Qaliblərə qiymətli hədiyyələr və diplomlar təqdim ediləcək. Müəlliflərin şeir və fotolarınıbirbend@box.az ünvanına göndərməsi vacibdir.
Nəticələr beynəlxalq poeziya bayramı ərəfəsində açıqlanacaq.
“Nizami Gəncəvi irsi və gənclik” kitabı təqdim edildi
14 Fevral 2022 0 BaxışFevralın 12-də Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi və
Davamına bax